ABŞ-ın Nyu-Meksiko ştatının polisləri iddia edirlər ki, bölmələrində ruh (qarabasma) gəzişir. Yarımşəffaf obyekt müşahidə kameralarında aydın görünür. Lakin polisləri heyrətə salan, bəlkə də qorxudan, obyektin heç bir siqnalizasiyanı işə salmadan bölmənin hasarından keçməsi olub. Polisin bildirdiyinə görə, ərazidə bu günə kimi heç kim öldürülməyib, lakin bölgədə keçmiş məzarlığın olması faktı qorxu filmləri təki məsələni ciddiləşdirir. Faktla bağlı cinayət işinin açılması mümkün olmadığından, görünür, polislər “ruh ovçuları”na müraciət etməli olacaqlar.