top of page

İki şəhidin acınacaqlı evi

Hacıqabulda şəhid leytenantımız Allahverdi Baxışlını dəfn edərkən onun qaldığı evin acınacaqlı vəziyyəti diqqətimi cəlb etdi. Uçub dağılmış, seldən zərərçəkmiş, döşəməsi çürük bu evdən iki şəhid çıxıb.

20 il əvvəl ailənin başçısı Əbülfəz Baxışlı Ağdamda, iki gün əvvəl evin yeganə oğlu Allahverdi Baxışlı isə Beyləqan istiqamətdə qəhrəmancasına şəhid olub.

Şəhidlik zirvədir - deyirlər, lakin son 20 ildə iki şəhid verən Baxışlılar ailəsi uca tutulmayıb. Hər halda şəhidə görə, göz yaşı tökülsə də, onlara gününə ağlayan olmayıb. 23 yaşlı leytenant düşmən gülləsinə tuş gələndən sonra yerli icra hakimiyyəti əl-ayağa düşüb. Tələm-tələsik Əbülfəz Baxışlının adını daşıdığı küçəyə qum-çınqıl tökməyə başlayıblar. Hesab edirk ki, bu işlər üçün kiminsə şəhid olmasını gözləmək vacib deyildi. Daha sonra evə bir maşın daş gətirib, eyvana taxta döşəmə düzüblər ki, yasa gələnlər otura bilsinlər.

Ev sahibi bildirir ki, həyətə palçıq əlindən girmək mümkün deyildi, gecə ilə əl gəzdirməyə çalışıblar. İş o yerə çatdı ki, dəfn mərasimi zamanı dişi dodağını kəsən şəhidin dayısı dilə gəldi. Hacıqabulun icra hakimiyyəti başçısı Əhməd Muxtarov şəhidin ailəsinə başsağlığı verərkən şəhidə verdiyin qiymət budurmu - deyə mübahisə yarandı.

Öyrəndik ki, ailə mənzil üçün dəfələrlə müraciət də edib, amma müsbət cavab almayıblar. Bu şahid olduğumuz bir şəhid ailəsinin düşdüyü çətin durumdu. Ölkədə isə şəhid ailələrinin sayı 13 mindən artıqdır. Şəhid ailəsi təxminən 11 min manat məbləğində birdəfəlik sığorta haqqı alır. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS-in sualına cavab olaraq deyib ki, şəhid ailələrinə qayğı kompleks şəkildə qanunvericiliklə əhatə olunub.

Səlim Müslümovun sözlərinə görə, dövlət tərəfindən pensiya ,ehtiyacı olanlar mənzillə təmin edilir, şəhid ailələri üçün prezident təqaüdü verilir, əlil olanlar üçün avtomobil verilməsi, müalicəsi məsələsi, protez-ortopedik vasitələrlə təmini, amma keyfiyyətin artırılması reblitsiya yardılması və sair bunlar davam edəcək, amma belə kompleks şəkildə tam əhatə olunub.

Bütün bu güzəşt və imtiyazlar qanunla nəzərdə tutulsa da, 20 ildir ev ala bilməyən şəhid Allahverdi Baxışlının ailəsinin timsalında söyləmək olar ki, qanunda nəzərdə tutulan bəndlərin hamısı icra olunmur. Siyahını uzatmaq da olar, “Məşğulluq haqqında” qanuna görə, özəl və ya dövlət olmasından asılı olmayaraq təşkilatlar bu katerqoriyadan olanlara iş yeri ayrılmalıdır.

“Bu cür ailələrin müvafiq evlərlə və fərdi mənzillərlə təminat məsələsində müəyyən boşluqlar var. Dövlət bu sahədə nə qədər ciddi addımlar atsa da, problemlər həlli birmənalı olaraq öz həllini tapa bilmir” – deyə sosioloq Rəşad Əsgərov qeyd edib.

Bu qanunlarların işlək olması üçün görünür yeni mexanizmilərin hazırlanmasına ehtiyac var.

ANS

bottom of page