PRESS NEWS AZERBAIJAN

İŞİD türk hərbçilərini əsir götürdü

01.10.2014

İslam Dövləti” terror qruplaşmasının silahlıları Suriyanın Hələb şəhərində 20 türk hərbçisini əsir götürüb. APA-nın verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mayəddin” telekanalı məlumat yayıb. Məlumata görə, əsir götürülən hərbçilər Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman Şahın məqbərəsini qoruyurmuşlar.

 

Türkiyənin baş nazirinin müavini Bülənt Arınç bundan əvvəl məqbərənin «İslam Dövləti” silahlılarının mümkün hücumlarından qorunmasının vacibliyini qeyd etmişdi. O, həmçinin Suriya və İraqa hərbi müdaxiləni nəzərdə tutan mandatın artıq Türkiyə parlamentinə təqdim olunduğunu  bildirmişdi.  

 

Qeyd edək ki, Süleyman Şahın məqbərəsi Hələb şəhəri yaxınlığında, Cabir qalasının yanında yerləşir. 1921-ci ildə imzalanmış müqaviləyə əsasən, məqbərə Suriya ərazisində türk anklavı hesab edilir və Türkiyə hərbçiləri tərəfindən mühafizə olunur.

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload