PRESS NEWS AZERBAIJAN

Ağdaşda iki qadın vəhşi heyvanın hücumuna məruz qalıb

01.10.2014

Ağdaş rayonun Yuxarı Nemətabad kənd sakinləri vəhşi heyvanın hücumuna məruz qalıblar. APA TV-nin xəbərinə görə, kəndin mərkəzi küçəsində piyada hərəkət edən 1959-cu il təvəllüdlü Nərminə Əbilovaya qəflətən çaqqal hücum edib. Çaqqal qadının qollarını və ayaqlarını dişləyərək ona ağır xəsarətlər yetirib: "Sıxdım, qolumu buraxdı. Buraxan kimi o biri qolumdan yapışdı. Yenə tutdum boğazından, yarım saat çaqqalla güləşdim".

 

Onun qışqırıq səsini eşidən qonşu Roza Yusifova köməyə gəlib: "Qaçıb gəldim, arvadın əlini gəmirir, buraxan kimi üstümə tullandı. Yıxıldım. İstədi üzümü parçalasın. Mən yıxıldım, yıxılan kimi ayağımı didməyə başladı. Özümü itirmədim.  Elə oturaq vəziyyətdə başına vurdum. Bəlkə yarım saat başına-başına vurmuşam".

 

Roza Yusifova heyvanın başına daşla vuraraq öldürüb.

 

Hər iki yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstələrə quduzluğa qarşı vaksinlər vurulub, yarasına tikiş qoyulub və lazımi tibbi yardım göstərilib.

 

Kənd sakinləri deyir ki, son illər kənddə mal-qara, toyuq-cücə tez-tez vəhşi heyvanların hücumuna məruz qalır .

 

Please reload

ƏN ÇOX OXUNANLAR