Ağdaşda iki qadın vəhşi heyvanın hücumuna məruz qalıb
Onun qışqırıq səsini eşidən qonşu Roza Yusifova köməyə gəlib: "Qaçıb gəldim, arvadın əlini gəmirir, buraxan kimi üstümə tullandı. Yıxıldım. İstədi üzümü parçalasın. Mən yıxıldım, yıxılan kimi ayağımı didməyə başladı. Özümü itirmədim. Elə oturaq vəziyyətdə başına vurdum. Bəlkə yarım saat başına-başına vurmuşam".
Roza Yusifova heyvanın başına daşla vuraraq öldürüb.
Hər iki yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstələrə quduzluğa qarşı vaksinlər vurulub, yarasına tikiş qoyulub və lazımi tibbi yardım göstərilib.
Kənd sakinləri deyir ki, son illər kənddə mal-qara, toyuq-cücə tez-tez vəhşi heyvanların hücumuna məruz qalır .