İŞİD türk hərbçilərini əsir götürdü
Türkiyənin baş nazirinin müavini Bülənt Arınç bundan əvvəl məqbərənin «İslam Dövləti” silahlılarının mümkün hücumlarından qorunmasının vacibliyini qeyd etmişdi. O, həmçinin Suriya və İraqa hərbi müdaxiləni nəzərdə tutan mandatın artıq Türkiyə parlamentinə təqdim olunduğunu bildirmişdi.
Qeyd edək ki, Süleyman Şahın məqbərəsi Hələb şəhəri yaxınlığında, Cabir qalasının yanında yerləşir. 1921-ci ildə imzalanmış müqaviləyə əsasən, məqbərə Suriya ərazisində türk anklavı hesab edilir və Türkiyə hərbçiləri tərəfindən mühafizə olunur.