top of page

İsveçrədən ermənilərə şok!

Cenevrə kantonu idarəsi 1915-ci il hadisələrinə dair qondarma erməni “soyqırımı” abidəsinin BMT-nin binası yaxınlığında tikilməsinə izn verməyib. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri İsveçrənin “Neue Züricher Zeitung” qəzeti yayıb. Xəbərdə, Kanton idarəsinin Cenevrə bələdiyyəsindən BMT-nin yaxınlığındakı Ariana parkında planlaşdırılan abidə üçün yer axtarmağı tapşırdığı bildirilir. Məlumata görə, Cenevrədə qondarma “soyqırımı” abidəsinin salınması barədə müzakirələr 7 ildir davam edir və Türkiyə Xarici İşlər Nazirliyi ilə İsveçrə XİN bunun olmaması üçün Cenevrə bələdiyyəsinə qarşı mübarizə aparır. Bu layihəyə dəstək verən Cenevrə kanton idarəsinin sədri Fransua Lonqçamp abidənin diqqəti cəlb etməyəcək yerdə tikilməsini tələb etmişdi. Qeyd edək ki, abidənin daha əvvəl şəhərin mərkəzində tikilməsi planlaşdırılmış, abidələrin mühafizəsi qurumunun vetosu ilə bu qərarın qarşısı alınmışdı. Bu qərar ermənilərin etirazına səbəb olsa da Türkiyə diplomatiysı bu cəhdin qarşısını almaq üçün bələdiyyə, kanton, BMT və hökumətlə təmas qurmuşdu.

bottom of page