PRESS NEWS AZERBAIJAN

Çindən ABŞ-a xəbərdarlıq

02.10.2014

Rəsmi Pekin Honq-Konqdakı iğtişaşlarla bağlı ABŞ-a Çinin daxili işlərinə qarışmaması ilə bağlı xəbərdarlıq edib. Çinin xarici işlər naziri Vanq Yi Vaşinqtonda amerikalı həmkarı Con Kerri ilə görüşü zamanı ölkəsinin xəbərdarlığını çatdırıb.

 

“Çin hökuməti öz mövqeyini qəti və açıq şəkildə ortaya qoyub. Honq-Konqa aid məsələlər Çinin daxili işidir. Bütün ölkələr Çinin suverenliyinə hörmətlə yanaşmalıdır və bu beynəlxalq münasibətlərin ən əsas prinsiplərindəndir.” – Vanq Yi söhbəti zamanı bildirib.

 

Bildirək ki, Honq-Konqda demokratiya tərəfdarlarının Çin hökumətinə qarşı başladıqları nümayişlər bir neçə gündür davam edir. Nümayişçilər Honq-Konq rəhbərinin rəsmi Pekin tərəfindən təyin edilməməsini tələb edir.

 

Qeyd edək ki, ABŞ Honq-Konq nümayişçilərinə dəstək verməklə Çinin daxili işinə qarışmaqda ittiham edilir.

Please reload

ƏN ÇOX OXUNANLAR