top of page

Yeni “Arazbarı” - Gəlir

Muğam ifaçısı Bəyimxanım Vəliyeva yaradıcılıq işlərindən danışıb. PressNews.Az-ın məlumatına görə, musiqi Tahir Əkbərin, sözləri Sona Vəliyevaya məxsus olan “Arazbarı” adlı əsər üzərində işləyən ifaçı əsəri muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib.

Mahnı haqda məlumat verən sənətçi bildirib ki, əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir:

““Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib.

Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib. Əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına veriləcək. Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik”.

bottom of page