Paytaxtda maraqlı hadisə yaşanıb. 23 yaşlı gənc Fərhad sevdiyi qıza doğum günü sürprizi hazırlayıb. O, öz sevdiyini insanların sevgisi ilə təsirləndirib. Fərhadla Park Bulvara gələn Elnarəyə tanımadığı adamlar hətta mağazaların işçiləri rəngli şarlar və çiçəklər bağışlayıb. Nağıllar aləminə düşən Elnarəyə pilləkənlərdə rastlaşdığı insanlar da xoş arzular diləyib və hədiyyələr veriblər. Sonuncu mərtəbədə dostlarının sevgi şüarları ilə qarşılanan gənclər unudulmaz bir gün yaşayıb. Beləliklə, Fərhad Elnarə üçün “ Fərhad və Şirin” dastanındakı kimi Bisütun dağını yarmasa da, “Weddinq Art House”-un reallaşdırdığı maraqlı kampazisiya ilə onun ürəyini fəth edə bilib. Həmin görüntüləri təqdim edirik.