Teorrorçular dəmirlərə keçirdikləri kəsik başları nümayiş etdiriblər.
Suriyanın şimalındakı Kobani bölgəsində PKK-nın Suriya qolu YPG ilə İŞİD (İraq Şam İslam Dövləti) arasında toqquşmalar 17 gündür ki, davam edir. İŞİD-in əsir götürdüyü 3 qadın PKK-çının başını kəsməsi əks-sədaya səbəb olub. PressNews.Az xəbər verir ki, ABŞ-ın liderliyində qurulan beynəlxalq koalisiyanın Suriyada İŞİD-ə qarşı təşkil etdiyi hava hücumlarına rəğmən, terror təşkilatı Suriyanın kürd bölgəsindəki Kobanini tamamilə işğal etmək üzrədir.
Dünən İŞİD-in Kobaninin ətraf məhəllələrinə girdiyi əks olunan görüntülər sosial şəbəkələrdə terror təşkilatının üzvləri tərəfindən paylaşılıb. Ən şiddətli toqquşmaların baş verdiyi gündə İŞİD-in PKK-nın Suriya qolu olan YPG-nin 3 qadın üzvünü əsir alaraq, onların başını kəsdiyini açıqlayıb.
Dəmirlərə keçirdikləri kəsik başları Suriyada İŞİD-in nəzarətindəki Hələb şəhərinin meydanında elə o cür də nümayiş etdiriblər. Mərkəzi İngiltərədə olan Suriya İnsan Hüquqları Müşahidəçiləri İŞİD-in Kobaniyə üç fərqli cəbhədən hücum etdiyini və kürdlərlə İŞİD yaraqlıları arasındakı toqquşmaların srağagün daha da şiddətləndiyini bildirib.
İŞİD axşam saatlarında Kobani şəhər mərkəzinə girmək məqsədi ilə əsas qüvvələrini cənub və şərq cəbhələrinə yerləşdirməklə üç cəbhədən hücuma keçib. Ağır silahların və tankların dəstəyi ilə həyata keçirilən hücumlar nəticəsində İŞİD xüsusi ilə cənub cəbhəsindən şəhər mərkəzinə sadəcə bir neçə yüz metr qalmışadək yaxınlaşıb. Terror təşkilatı şəhər mərkəzinə girərsə, Kobanidə İŞİD-ə qarşı döyüşən xalq və YPG qüvvələri küçə toqquşmalarına hazır olduğunu bildirib.