PRESS NEWS AZERBAIJAN

Səməd Seyidov: "Ermənistan nümayəndə heyətini zaldan çıxarılmasına qərar verildi"

06.10.2014

Əvvəlcə mikrofonu götürüb proqramı pozaraq dayanmadan danışmağa başladılar”.

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycana qarşı təxribata cəhd edən Ermənistan nümayəndə heyətinə AŞPA tərəfindən ciddi xəbərdarlıq edilib.

PressNews.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun payız sessiyasının yekunlarını şərh edərkən deyib.

S.Seyidov qeyd edib ki, sessiyada ermənilər AŞPA-nın Siyasi Komitəsinin iclasında Dağlıq Qarabağ üzrə məruzəçinin təyin olunmasını, bu məruzənin adının Komitə üzvləri tərəfindən məhz “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” olduğunu, Komitənin gündəliyinə Dağlıq Qarabağ məsələsinin salındığını və bunu gündəlikdən çıxara bilmədiklərini görüb əvvəldən iclasın işini pozmağa başladılar: 

“Onlar bu məsələlərin gündəliyə gətirilməməsinə cəhd edirdilər. Əvvəlcə mikrofonu götürüb proqramı pozaraq dayanmadan danışmağa başladılar. İclası aparan sədr onlara şifahi qəti xəbərdarlıq etsə də, buna məhəl qoymadılar. Bunu görən iclasın rəhbərliyi onların mikrofonunu söndürdü, ermənilərin danışıqlarının tərcüməsi dayandırıldı. Daha sonra Ermənistan nümayəndə heyəti ayağa qalxaraq, hay-küy salmağa başladı. Bütün bunlardan sonra iclasın rəhbərliyi Ermənistan nümayəndə heyətinin zaldan çıxarılmasına və gündəliyi onlarsız müzakirə etməyə qərar verdi”.

S.Seyidov deyib ki, bunun ardınca Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq da qəbul olunub: “Bildirilib ki, Ermənistan nümayəndə heyətinin bu davranışları bir daha təkrar olunarsa, onlara qarşı sanksiyanın tətbiq olunması gündəmə gələ bilər”. 

Qeyd edək ki, AŞPA – nın payız sessiyası sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda keçirilib.

Please reload

ƏN ÇOX OXUNANLAR