PRESS NEWS AZERBAIJAN

Möcüzə: 10 nəfərin üzərinə aşan avtomobil qəzasından hamı sağ-salamat qurtuldu

08.10.2014

İtalyan rallisində tamaşaçılar dəhşətli qəza sonrası sağ-salamat qalıblar. Hadisə İtaliyanın Aosta Valleydə keçirilən Jolly Rally avtomobil yarışı zamanı baş verib. 

İdarəetməni itirən sürücü avtomobili qəza nəticəsində yarışı izləyən tamaşaçıların üzərinə düşüb. Sürücü Piero Scavone və şturman Diego D'Hérin tərəfindən idarə olunan avtomobil dönmə əməliyyatını çox geniş məsafəli edərək, tamaşaçıların yarışı izlədiyi ot sahəsinə daxil olur və fırlanaraq onların üzərinə düşür. 


Xoşbəxtlikdən hadisə nəticəsində heç kim yaralanmır. Hadisədən sonra həmin şəxslərdən ikisinin xəstəxanaya aparıldığı bildirilsə də, İtaliyanın Torino qəzeti onların heç birinin ciddi xəsarət almadığını, sadəcə baş vermiş hadisənin təsiri altında qaldıqlarını bildirib.

 

Please reload

ƏN ÇOX OXUNANLAR