PRESS NEWS AZERBAIJAN

Sabah ölkədə 3 dərəcə şaxta olacaq

08.10.2014

 

Yağıntı gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, səhər bəzi yerlərdə zəif çiskinli olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PressNews.Az-a verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 12-14, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarındaarabir yağış yağacağı ehtimal olunur.

 

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.