Bakıda mağazada partlayış olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan insan isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi Biləcəri qəsəbəsində baş verən partlayışla bağlı məlumat yayıb. PressNews.Az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan insan isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.