PRESS NEWS AZERBAIJAN

Qazaxıstan “Yeni SSRİ”ni təsdiqlədi

09.10.2014

Qazaxıstan senatının (parlametin yuxarı palatası) deputatları Avrasiya İqtisadi Birliyi haqqında müqaviləni təsdiq edib. Müqaviləyə əsasən, Gömrük İttifaqı çərçivəsində daxili bazar fəaliyyət göstərəcək, vahid gömrük tarifi və üçüncü tərəflərlə xarici ticarətdə digər vahid tədbirlər tətbiq ediləcək. Qazaxıstan milli iqtisadiyyat naziri Yerbolat Dosayev senatda qanun layihəsi təqdim edərək, layihə barədə məlumat verib. 

Dosayev bildirib ki, 2025-ci ildə neft və neft məhsullarının ümumi bazarı formalaşacaq. Bu bazar qarşılıqlı ticarətdə ixrac gömrük rüsumlarının və məhdudiyyətlərin tətbiq edilməməsini nəzərdə tutacaq. 

Xatırladaq ki, oktyabr ayının 3-də Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin təsdiq edilməsi barədə qərarı imzalayıb. Yaxın zamanlarda müqaviləni Belarus parlamenti təsdiqləyəcək. AİB-in yaradılması barədə müqavilə 2015-ci il, yanvar ayının 1-dən qüvvəyə minməlidir. Müqavilə Minsk, Moskva və Astana tərəfindən 2014-cü il may ayının 29-da imzalanıb.

Please reload

ƏN ÇOX OXUNANLAR