top of page

Növbəti yol terroru 5 nəfərin həyatı bahasına başa gəldi

Axşam radələrində Bakı-Qazax magistral yolunun Ucar rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bakı istiqamətində hərəkət edən naməlum sürücünün idarə etdiyi “VAZ-21 015" markalı minik avtomobili əks istiqamətdə hərəkət edən "Mack" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb. Qəza nəticəsində deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinlərin meyitləri hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqlarla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İnterAz

bottom of page