top of page

Ən ağılsız ölümlər

“Darvin” axmaqlıq üzündən dünyasını dəyişən və övlada sahib olmaq qabiliyyətindən məhrum olan insanlara hər il verilən virtual mükafatdır. Bu insanlar bəşəriyyətin genefonduna xidmət edə bilməyiblər. Məsələn, İsveçrə sakini “günəş pəhrizi” deyilən həyat tərzinə oturub. Daha dəqiq desək, həyat əhəmiyyətli qidalandırıcı maddələri Günəş şüaları altında uzanmaqla qazanmaq istəyib. Nəticədə qadın acından ölüb.

Yeni Zelandiyadan olan qız gün ərzində 10 litr “Coca-cola” içdikdən sonra ölüb. Bir keşiş ilanların inanclı insanlara toxunmadıqlarını sübut etmək istəyib. Lakin o, səhv edib və yerindəcə həlak olub. Bir oğlan “selfie”nin effektli olması üçün tapançanı gicgahına dirəyib. Sol əlində olan telefonun düyməsini basmaq əvəzinə, sağ əlindəki tapançanın düyməsini basaraq həlak olub. ABŞ-ın Portlend şəhərində bir oğlan soyunaraq küçənin ortasında idman etməyə başlayıb. Nəticədə onu maşın vurub. Oğlan yerindəcə keçinib. Argentinada qadın özbaşına sinəsini böyütmək istəyərkən ölüb. O, sinəsinin böyüməsi üçün bədəninə bir neçə vazelin iynəsi yeridib.

Çində biotualetə düşmüş 320 dollarlıq telefonu götürmək üçün 2 nəfər həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb. Belə hadisə ilə qarşılaşan insanların nəzərinə: biotualetdə istifadə edilən maye ölümcüldür! Bir kişi öz döyüş xoruzunun ayağına bərkidilmiş bıçağa sancılır. O, polisin əlinə düşməmək üçün qaçıb gizlənir və yarasının müalicəsi üçün həkimə müraciət etmir. Nəticədə qan itkisindən həlak olur. Oğlan sərhədçiləri aldadaraq, alma şirəsi kimi qələmə verdiyi metamfetamin (narkotik və hallüsinasyon xüsusiyyətli sintetik bir maddə) içərək ölüb. Bir qadın arıqlamaq məqsədi ilə mədəsini qoz boyda etmək üçün əməliyyat keçirdib.

Sonda aclığa dözməyən qadın yeməyini artırıb. Yemək qida borusunda tıxanıb və nəticədə qadın boğulmadan ölüb. 17 yaşlı misirli oğlan quyuya düşən toyuğu xilas edərkən özü də oraya yıxılıb. Onun köməyinə gələn bacısı və 2 qardaşı da quyuya düşüb. Onların da köməyinə iki nəfər yaşlı kənd sakini gəlib, lakin onları da eyni aqibət gözləyib.

Sonda isə həlak olan 6 nəfərin cəsədi quyudan çıxarılıb. Toyuğu da quyudan çıxardıblar. O, isə sağ idi.

bottom of page