PRESS NEWS AZERBAIJAN

Hitler narkoman imiş - FOTO-VİDEO

13.10.2014

 

Adolf Hitler narkotiklərdən, ilk növbədə, metamfetamin və psixotrop preparatlardan güclü asılılıq vəziyyətində olub. Belə yanaşma britaniyalı kinematoqrafçıların ABŞ hərbi kəşfiyyatının arxivindən əldə etdiyi məxfilikdən çıxarılmış sənədlərdə göstərilib. Həmin materiallar əsasında “Channel 4” telekanalında “Hitler: gizli narkoman” adlı sənədli film hazırlanıb. Film Böyük Britaniyada oktyabrın 19-da nümayiş olunacaq.

 

ABŞ xüsusi xidmət orqanları əməkdaşlarının onun şəxsi həkimi Teodor Morel ilə söhbətlərə əsaslanan Hitlerin fiziki durumu haqda tibbi hesabatlarından məlum olur ki, fürer narkotiklər də daxil olmaqla, 74 növdə tibbi preparatlardan istifadə edirmiş.

 

Belə ki, 1943-cü ilin yayında Mussolini ilə görüşü ərəfəsində Hitler müəyyən dozada metamfetamin qəbul edibmiş ki, bu da ona iki saat ərzində fasiləsiz və emosional əhval-ruhiyyədə çıxış etməyə imkan verib. Sənədli filmin yaradıcıları qeyd edirlər: “1943-cü ilin sonuna kimi Hitler psixotrop dərmanlardan tam asılı vəziyyətə düşdü və bu, onun sağlamlığının sürətlə pozulmasına gətirib çıxardı.

 

Müharibənin son günlərində, bunkerdə olduğu günlərdə isə o, yalnız ən güclü təsirə malik dərmanlardan istifadə edirdi. Bəzən gün ərzində ona doqquz narkotik iynəsi vurulurdu".

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR