Dünyanın ən məşhur aktrisa və müğənnilərindən biri Barbara Streyzandın ögey oğlu zibil yeşiklərində eşələnir, orada tapdığı yeməklərlə qidalanır.
Barbara Streyzandın əri, tanınmış aktyor Ceyms Brolinin əvvəlki nikahdan olan kiçik oğlu, 42 yaşlı Cess Brolin evsiz-eşiksizdir. O, artıq aylardır ki, küçələrdə yaşayır.
PressNews.Az The National Enquirer-ə istinadən bildirir ki, Cess Brolin şəhər parkındakı zibil qutularında eşələnərkən jurnalistlər onun fotolarını çəkiblər. Cess Brolin 5 ay əvvəl atasının və ögey anasının yaşadıqları villanı tərk edərək, Kaliforniyadakı Ojay şəhərinin küçələrində yaşamağa başlayıb. B.Streyzandın rəfiqələrindən biri Syuzan Treco deyib: "Cess atasının evini tərk etməsinə əsla heyfsilənmir. Amma inana bilmirik ki, Ceyms və Barbara, habelə Cessin böyük qardaşı Coş bu binəvanı sanki unudublar, onunla əsla maraqlanmaq istəmirlər".
"Sin City-2" filminin ulduzu Coş Brolin gerçəkdən də, qardaşı barədə eşitmək istəmir.
Barbara Streyzandın mətbuat katibi Radar Online-a bildirib: "Aktrisa və onun əri Cessi onu çox sevirlər. Onlar bu kədərli situasiyanı həll etmək istəyirlər. Barbara ögey oğluna maddi yardım təklif edib və səbirsizliklə cavab gözləyir".
Barbara Streyzand və Ceyms Brolin 800 milyon dollarlıq varidat sahibləridir.