PRESS NEWS AZERBAIJAN

Məhşər günün toxumları-FOTO

14.10.2014

 

Arktikadakı Şpisbergen adasında, Norveç ərazisində "məhşər günü" üçün nəzərdə tutulmuş toxum anbarı var. Yerdəki əsas bitkilərin 2 milyarddan artıq toxumunun saxlandığı anbar qayaların aşağısında, yer altındakı tuneldə yerləşir. 

 

PressNews.Az Daily Mail-ə istinadən bildirir ki, Svalbarddakı "Global Seed Vault" anbarı ən güclü zəlzələyə və nüvə bombasının partlayışına davam gətirə bilər. Anbarda ərikdən tutmuş, pambığa qədər bütün bitkilərin toxumları var. Toxumların hamısı hermetik, 4 laylı paketlərin içindəki zərflərdə saxlanır. Paketlər isə metal rəflərə düzülmüş konteynerlərdədir.

 

Anbarın daxilində sabit olaraq -18 dərəcə temperaturdur. Soyuq temperatur və oksigenin az olması anbarda saxlanan toxumların keyfiyyətinin aşağı düşməsinin qarşısını alır. Anbarın soyutma sistemləri isə yerli daş kömürlə çalışır. Əbədi buzlaq isə bütün soyutma sistemlərinin sıradan çıxacağı təqdirdə, anbarda gərəkli temperaturu bir neçə həftə qorumağa imkan verir. 2006-cı ildə istifadəyə verilmiş anbarın inşası 6,5 milyon dollara başa gəlib. 

 

Lonqyirbryuen qəsəbəsinin yaxınlığındakı bu anbar 120 metr dərinlikdədir. "Məhşər anbarı" adlı bu tunel "Global Crop Diversity Trust" fonduna məxsusdur.