Obama anti-İŞİD koalisiyasına qoşulan ölkələrin nümayəndələri ilə görüşüb
ABŞ prezidenti Barak Obama anti-İŞİD koalisiyasına qoşulan ölkə nümayəndələri ilə görüşüb. Merilend ştatında baş tutan görüşə 20-dən çox koalisiya nümayəndəsi qatılıb. Barak Obama Endryuz hərbi bazasında çıxışı zamanı anti-İŞİD koalisiyası tərkibində 60 ölkənin əməkdaşlıq etdiyini deyib. “Bu, bütün dünyanın İŞİD-ə qarşı çıxdığını göstərən bir əməliyyatdır” - deyə Obama qeyd edib.
“Bu kampaniya çərçivəsində güc strukturlarının bütün imkanlarından istifadə etməliyik. İraq və Suriyada İŞİD tərəfdən döyüşlərə cəlb olunan insanlarda fərqli düşüncə tərzini formalaşdırmaq üçün tədbirlər görməliyik” - deyə o bildirib.
Amerika hərbi rəhbərliyi bir qədər əvvəl İŞİD-ə qarşı hava mübarizəsinin təsirsiz olduğunu, İŞİD-in tez-tez taktika dəyişdirərək mülki insanlar arasında gizləndiyini etiraf etmişdi.