Ermənistan müdafiə naziri Seyran Ohanyan yaxınlarının qəbrini ziyarət edərkən saxlanılan azərbaycanlı girovlar barədə mövqe bildirib. Ohanyan, vətəndaşlarının geri qaytarılması üçün Azərbaycanın ATƏT və BMT-də məsələ qaldırmasının Ermənistanın mövqeyində heç bir dəyişikliyə yol açmayacağını bildirib. Ohanyan “Onlar cinayətkarlardır, cinayətkarları isə “ölkənin” qanunlarına uyğun cəzalandırmaq lazımdır”- deyərək həyasızcasına yaxınlarının qəbrini öz torpaqlarında ziyarət etmək istəyənləri diversant adlandırmaqdan çəkinməyib.
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ respublukasının baş prokurorluğunda Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində cinayət işi açılıb.
46 yaşlı Şahbaz Cəlal oğlu Quliyev və 54 yaşlı Dilqəm Qardaşxan oğlu Əsgərov "qanunsuz silah gəzdirmə”, "adam oğurluğu”, "qəsdən adam öldürmə” maddələri ilə ittiham olunub.
Qeyd edək ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcərdə valideynlərinin qəbrini ziyarət edərkən erməni əsgərləri tərəfindən girov götürülüblər.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov heç bir sərhədi pozmayıb və onlar doğma torpaqlarına gediblər.