top of page

Zukerberq Ebola ilə mübarizə üçün 25 milyon dollar ayırıb - VİDEO

Facebook-un təsisçisi Mark Zukerberq Ebola xəstəliyi ilə mübarizə üçün 25 milyon dollar ayırdığını elan edib. Facebook səhifəsində yerləşdirdiyi məlumatda Zukerberq maliyyənin ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Ebola xəstəliyi ilə mübarizə fonduna verildiyini bildirib.

“Biz gələcəkdə HİV kimi yayılmaması və uzun müddətli səhiyyə probleminə çevrilməməsi üçün Ebolanı indi nəzarət altına almalıyıq” - deyə o, Facebook səhifəsində yazıb. Ebola Fondu bu maliyyənin xəstəliyin ən çox yayıldığı Qvineya, Liberiya və Syerra Leone, eləcə də onun təhlükə yaratdığı digər yerlərdə səylərə sərf ediləcəyini bildirib.

Bu arada, Dallasda Ebola xəstəliyindən ölən xəstəni müalicə edərkən virusa yoluxmuş tibb bacısına Eboladan sağalmış həkimin qanı verilib. Nina Phama Liberiyadan xəstələnib qayıtdıqdan sonra ABŞ-da müalicə edilib sağalmış həkim Kent Brantlinin qanı köçürülüb. Brantlinin qanı köçürülən digər amerikalı humanitar yardım işçisi Rik Sakra artıq sağalıb, ABŞ jurnalisti Aşoa Mukponun isə vəziyyətinin yaxşılaşdığı haqda xəbər verilib.

bottom of page