Kobanidə “İŞİD”in 100-dən çox silahlısı öldürülüb - (+18)
ABŞ və müttəfiqləri son iki gündə Kobaniyə endirdikləri aviazərbələrdə “İslam Dövləti” terror təşkilatının yüzdən artıq silahlısı məhv edilib.
İstinadla verdiyi xəbərə görə, bu barədə Pentaqon məlumat yayıb. ABŞ müdafiə nazirliyi verdiyi bəyanatda son iki gündə Kobanidə "İŞİD" mövqelərinə 40-dan çox aviazərbə endirildiyini bəyan edib. Amma buna baxmayaraq, Pentaqon Kobaninin süqut etmə ehtimalını da istisna etməyib. ABŞ və müttəfiqlərin aviazərbələrindən sonra Kobanidə kürdlərin YPG qüvvələri nisbətən irəliləyiblər.
İnterAz