PRESS NEWS AZERBAIJAN

“AQİL MÜƏLLİM, GƏRƏK SƏN DƏ LEYLA YUNUS OLASAN”

18.10.2014

 

Milli Məclisdə “Turizm haqqında” qanuna edilən dəyişikliyin müzakirəsi zamanı maraqlı açıqlamalar səsləndirlib. Deputat Aqil Abbas Fransa səfirliyindən və digər Avropa ölkələrinin səfirliklərində viza almağın çox çətin olduğundan şikayətlənib.

 

“Leyla Yunusa bir saata 5 illik viza açan Fransa səfirliyində biz 20 gün gözləməli oluruq. Necə olur ki, Azərbaycana gələn hər bir kəsə adicə otelə zəng etməklə imkan yaradırıq ki, gəlsinlər?”

 

Aqil Abbasın bu iradına vitse-spiker Ziyafət Əsgərov zarafatla cavab verdi:

“Fransa səfirliyindən 1 saata viza almaq üçün gərək Leyla Yunus olasan”.
Parlament sədrinin müavinini bu atmacası deputatlar tərəfindən gülüşlə qarşılandı.

Please reload

ƏN ÇOX OXUNANLAR