PRESS NEWS AZERBAIJAN

HƏRBİ XİDMƏTDƏ OLANLAR ÖLKƏDƏN GETMƏK ÜÇÜN İCAZƏ ALACAQ

18.10.2014

 

Bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib. Qanun layihəsi barədə məlumat verən vitse-spiker, Milli Məclisin Təhlükəszlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, dəyişikliyə əsasən bundan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər.

Onun sözlərinə görə, bu qayda həmçinin  Azərbaycan hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara da şamil olunur.

Please reload

ƏN ÇOX OXUNANLAR