Suriya ordusunun hərbi təyyarələri dünən Duma rayonuna 8 aviazərbə endirib. PressNews.Az-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadən verdiyi xəbərə görə, aviazərbələrdə onlarla insan ölüb və yaralanıb ki, onların arasında xeyli sayda uşaq və qadın var. Aviazərbələr ölkənin digər əyalətlərində, o cümlədən Dəra, İdlib, Hələb və Dəməşqətrafı əyalətdə də həyata keçirilib. Qarşıdurmalara gəldikdə isə Hələbin Kobani şəhərin və Homanın Murik şəhəri qarşıdurmaları ən şiddətli olan bölgələridir. Kürdlərin yerli hərbi qüvvələri Kobanidə müdafiə cəbhəsindən hücum strategiyasına keçiblər. Murikdə isə hökumət qüvvələrinin irəlilədiyi bildirilir.