PRESS NEWS AZERBAIJAN

İraq ordusu "İŞİD"ə qarşı son əməliyyatlarda çoxlu itki verib

20.10.2014

İraq ordusu Səlahəddin əyalətinin Tikrit və Beycə şəhərləri istiqamətində apardıqları hərbi əməliyyatlarda çoxlu canlı və hərbi texniki itkilər verib. İraq ordusu təkcə ötən gündə aparılan əməliyyatlarda 100-ə yaxın ölü və yaralı verib. Məlumata əsasən, İraq ordusunun verdiyi canlı itkilərin çoxu kamikadze əməliyyatları nəticəsində baş verib. Ötən gün ölən İraq zabitlərinin arasında bir briqada generalı da var. Qeyd edək ki, İraq ordusu və könüllü hərbi dəstələr ölkənin Səlahəddin, əl-Ənbar, Diyala, Neynəva əyalətlərində irimiqyaslı əməliyyatlar həyata keçirirlər. İraq ordusu Səlahəddin əyalətində mühüm irəliləyişlər əldə edə bilib.

 

Please reload

ƏN ÇOX OXUNANLAR