PRESS NEWS AZERBAIJAN

Luqansk və Donetsdə atışmalar davam edir

20.10.2014

 

 

Ukraynanın Luqansk vilayətində ordu hissələri ilə separatçılar arasında atışma olub. APA TV-nin məlumatına görə, separatçılar ukraynalı hərbçiləri mühasirəyə alıblar. Separatçılara yaxın mənbələrin məlumatına görə, mühasirədə təxminən 200 ukraynalı hərbçi qalıb. Döyüş zamanı ölən və yaralananlar olub.

 

Separatçılar Sçastye şəhərini də mühasirəyə alıblar və Luqansk vilayətinin şimal sərhədlərinə doğru irəliləyirlər.

 

Ukrayna prezidenti Petro Poroşenko Smeloye kəndi yaxınlığındakı posta əlavə qüvvələrin göndərilməsi göstərişini verib. Postun yaxınlığında da separatçılarla silahlı toqquşmalar olub.

 

Donetskdə də ötən gün sakitlik pozulub. Ukrayna ordusu Donetsk şəhərinə zərbələr endirməkdə davam edir.

Please reload

ƏN ÇOX OXUNANLAR