PRESS NEWS AZERBAIJAN

Ürəyin düşməni olan dərmanlar

21.10.2014

Ölkəmizdə əczaçılıq şirkətlərinin əməkdaşlıq etdiyi həkimlərə demək olar ki, hər kəs müraciət edib. Həkimlərin 90 faizinin əczaçılıq şirkətləri ilə əməkdaşlıq şəraitində çalışdığı bir ölkədə başqa cür ola da bilməz. Hər hansı bir xəstəliklə bağlı həkimə müraciət etdikdə, həkim bizə böyük bir antibiotik siyahısı verir.

 

Bu dərmanların bizi sağaldacağını düşündüyümüz bir vaxtda bizi gözləyən daha ciddi təhlükələrdən xəbərsiz oluruq. Çünki antibiotiklər ürəyin böyük düşmənidir.

 

PressNews.Az Rusiya mətbuatına istinadən bildirir ki, "The BMJ" jurnalında dərc olunmuş tədqiqat nəticələri bunu deməyə əsas verir.

 

Daha geniş yayılmış antibiotiklər, xüsusilə də, klaritromitsin ürəyin anidən dayanması riski yarada bilər. Klaritromitsin makrolid antibiotik sinfinə daxildir. Bu dərmanı bakterial infeksiyalar, həmçinin pnevmaniya, bronxit, otit, boğaz və dərinin infeksion xəstəlikləri zamanı istidadə edirlər. Danimarkanın "Statens Serum Institu Cpenhagen" institutunun tədqiqatçısı doktor Andres Hviida deyir ki, makrolid antiviruslar ürəyin elektrik aktivliyinin müddətini artırır. Bu da patoloji ürək ritminə yol açır.

Aritmiya qəfil ürək dayanması ilə bağlı risk faktorlarından sayılır. Alimlər qeyd edirlər ki, makrolid antivirusların ürəyə individual təsiri, hələ ki, bəlli deyil. Məhz bu səbəbdən də alimlər klaritromitsin və roksitromitsinin ürəyə təsirini qiymətləndirməyə çalışıblar. Doktor Hviid və həmkarları 40-74 yaş arası 5 milyon insanın 1007-2011-ci illərə aid məlumatlarını araşdırıblar. Bütün iştirakçılar 7 gün ərzində klaritromitsin, roksitromitsin dərmanlarından istifadə ediblər.

 

Məlum olub ki, həmin adamlardan 285 nəfərin ürəyi anidən dayanıb. Ölümlərdən 32-si məhz roksitromitsin dərmanı vurularkən, 18-i isə klaritromitsin vurularkən olub. Tədqiqat zamanı yaş, cins, tədqiqatın əvvəlində ölüm riski, digər dərmanlardan istifadə kimi faktorlar da nəzərə alınıb.

Məlum olub ki, klaritromitsinin davamlı surətdə qəbulu ürək dayanması riskini 76 faiz artırır.

Please reload

ƏN ÇOX OXUNANLAR