PRESS NEWS AZERBAIJAN

“İŞİD” gündə 80 min barel neft hasil edir

“İŞİD” terror qruplaşmasının silahlıları İraq və Suriya ərazisində nəzarət etdikləri yataqlarda maksimum 80 min barel neft hasil edirlər. Bu barədə “RİA Novosti”-yə Bəhreyn beynəlxalq strateji araşdırmalar mərkəzinin direktoru Xalid ər Rüveyxi bildirib. “İŞİD”in İraq və Suriyada neft yataqlarını ələ keçirməsinin neftin qiymətinə təsiri məsələsinə toxunan Xalid ər Rüveyxi qeyd edib ki, “İŞİD “cəmi 10 kiçik neft yatağına nəzarət edir və bu yataqlardan gün ərzində maksimum 80 min barel neft hasil etmək olar.

İraqda neft hasilatı, əsasən, ölkənin cənubunda, Bəsrə yaxınlığında aparılır. Burada gündəlik 2,5 milyon bareldən çox neft hasil olunur. Buna baxmayaraq, Xalid ər Rüveyxi qeyd edib ki, “İŞİD”in İraq və Suriyada geniş ərazilər ələ keçirməsi neftin qiymətinə dolayısı ilə təsir edir, çünki, bu, neft istehsalatının təhlükəsizliyi ilə bağlıdır. Ekspert, həmçinin İraqdakı vəziyyətin gərgin olduğunu bildirərək qeyd edib ki, əgər terrorçular mərkəzi Anbar əyalətini ələ keçirərlərsə, bu, İraqda neftin hasilatına və ixracına olduqca mənfi təsir edəcək.

Yeri gəlmişkən, Suriya Hərbi Hava Qüvvəsinə məxsus təyyarələr “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının mövqelərinə aviazərbələr endirib. Aviazərbələr Hama vilayətinin Morək şəhərində endirilib. Əsəd qüvvələrinin uğurlu əməliyyatı nəticəsində 50-dən çox “İŞİD” yaraqlısı məhv edilib. Onlarla yaralı var. Kanada isə altı “F-18” qırıcı təyyarəsini “İŞİD”-ə qarşı beynəlxalq əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə göndərir. Bu barədə Kanadanın Müdafiə Nazirliyinin məlumatında deyilir. Bundan başqa, Kanada bölgəyə iki ədəd CP-140 Aurora kəşfiyyat təyyarəsi, bir Airbus SS-150 Polaris yanacaq dolduran təyyarə və 600 hərbçi göndərir. Kanadanın hərbi kontingenti Küveytdə yerləşəcək. Kanada aviasiyası “İŞİD”in yalnız İraqdakı mövqelərini atəşə tutacaq. Kanada hərbçiləri quru əməliyyatlarında iştirak etməyəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla, bir sıra İraq şəhərləri “İŞİD” yaraqlıları tərəfindən ələ keçirilib. İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərdə "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti isə bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə üz tutub.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR