PRESS NEWS AZERBAIJAN

Barla zindanı səhv saldı

21.10.2014

 

ABŞ-ın Miçiqan ştatının xanım sakini  sərxoş vəziyyətdə həbsxana ilə barı səhv salıb.

 

PressNews.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, 39 yaşlı qadın zorla həbsxanaya girmək istəyərkən polis tərəfindən saxlanılıb.

 

Hadisə Pau Pau şəhərində baş verib. Qadın şəhərdəki barların birində alkoqollu içki qəbul etdikdən sonra maşınla başqa bara getmək qərarına gəlir. Həmin barda onu dostu gözləyirmiş. Ancaq yolu səhv salaraq, Van-Byuren dairəsinin həbsxanasına gedib. Zorla içəri daxil olmaq istəyərkən, həbsxana gözətçiləri polisə məlumat veriblər. Polis gəldikdə qadının içkili olduğunu görüb. Qadın içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Please reload