PRESS NEWS AZERBAIJAN

Oğurluğa getdiyi evin bacasında ilişib qaldı

21.10.2014

 

Oğurluğa yollandığı evə bacadan düşməyə çalışan qadının istəyi puç olub. Hisli bacada ilişib qalan oğru qadın ağlamağa, yardıma adam çağırmağa başlayıb.

 

Evdə kimsə olmadığından, o, saatlarla bacanın içində qalıb. Qadının naləsini, qışqırtılarını qonşular eşidəndə, polis çağırıblar. Hadisə yerinə yollanmış polislə yanğınsöndürənlər bacada ilişib qalmış qadını zorla çıxara biliblər.

 

PressNews.Az ABC-yə istinadən bildirir ki, hadisə ABŞ-ın Kaliforniya ştatındakı Tauzend Ouks şəhərində yaşanıb. 30 yaşlı Jenevyeva Nunyes-Fiqeroa oğurluq etmək üçün növbəti evi seçmişdi. O, ikimərtəbəli evə bacadan girmişdi. Oğru qadının məqsədi evi qarət edəndən sonra qapını açıb aradan çıxmaqdı.

 

Lakin onun bu planı baş tutmayıb və qadın hisli bacada ilişib qalıb. Hadisə yerinə gəlmiş polislə yanğınsöndürənlər Jenevyevanın bacaya bərk ilişdiyini, az qala pərçimləndiyini görəndə bacadan aşağı sabunlu su axıdıblar.

 

Daha sonra yanğınsöndürənlər çəkiclərlə vuraraq bacanı söküblər və "zavallı" oğrunu çıxarıblar.

Please reload

ƏN ÇOX OXUNANLAR