top of page

Kosmosda okean - FOTO

Saturun planetinin təbii peyklərindən hesab olunan Mimasın səthinin altında nəhəng bir okean aşkarlanıb. bu barədə NASA kosmik agentliyi məlumat yayıb.

Məlumata görə, NASA-nın Kassini kosmik aparatında fəaliyyət göstərən mütəxəssislər Mimas peykinin müşahidəsi zamanı yeni bir tapıntıya rast gəliblər. Mütəxəssislər bunun ya kosmik meyit, yəni kürə formasında donmuş nüvə, ya da peykin səthinin altında nəhəng bir okean ola biləcəyini ehtimal edirlər.

396 kilometrlik ölçüsü ilə günəş sisteminin həcminə görə 20-ci peyki olaraq qəbul olunan Mimasın səthinin altında nəhəng bir okean ehtimalı kosmosda həyat axtarışları baxımından böyük əhəmiyyət daşıyır.

bottom of page