Şəhərin mərkəzində gənc özünü doğradı. Ürəyi zəif olanlar baxmasın - VİDEO (18+)
Xaçmaz şəhərində dəhşətli hadisə baş verib.
Şəhərin mərkəzi hissəsində yerləşən Heydər Əliyev parkında naməlum şəxs özünü doğrayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum şəxs öncə parka gələrək qışqırmağa başlayıb. Daha sonra soyunaraq ülgüclə bel, boyun, qol nahiyyələrinə ciddi xəsarət yetirib.
Polis müdaxiləsi nəticəsində intihar edən şəxs dərhal xəstəxanaya yerləşdirilib.
Gəncin hansı səbəbdən özünü doğradığı bilinmir. O özü də heç bir iddia səsləndirməyib…(axar.az)