top of page

Azərbaycanlı alpinist Himalay dağlarında həlak oldu - FOTO

Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub.

PressNews.Az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, bu haqda Nepal KİV-ləri xəbər yayıb. Məlumatda deyilir ki, Murad Aşurlu Himaya dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb: “Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb, o, 42 yaşlı azərbaycanlı Murad Aşurludur”.

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Aşurlu səkkiz digər iştirakçı ilə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb.

Lakin geri qayıdanda faciləli hadisə baş verib.

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili Nepala uçub.

bottom of page