İran prezidenti Həsən Ruhani bu ölkəyə rəsmi səfərə gələn İraqın baş naziri Heydər əl-Abadini qəbul edib.
Həsən Ruhani və Heydər əl-Abadi əsasən, terrora qarşı mübarizə, xüsusilə İraqda “İslam dövləti” terror təşkilatına qarşı mübarizə zəminində fikir mübadilələri aparıblar. İran prezidenti ölkəsinin İraq hökumətinə və xalqına terrora qarşı mübarizədə bütün zəminlərdə dəstək verməyə hazır olduğunu bəyan edib. Həsən Ruhani həmçinin ABŞ və onun ərəb müttəfiqlərinin "İŞİD"ə qarşı apardıqları mübarizəyə işarə edərək deyib ki, bu mübarizəni aparanlar terroru dəstəkləməkdən əl çəkməlidirlər.