PRESS NEWS AZERBAIJAN

Tələbə qızın başını kəsiblər - RƏSMİ AÇIQLAMA

23.10.2014

 

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər prokurorluğu başı kəsilmiş tələbə Nuriyeva Günel Etibar qızına qarşı törədilmiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

 

PressNews.Az-a daxil olan məlumatda deyilir:  

 

“Oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə, prokurorluğunda Cinayət Мəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq eskpertizalar təyin edilmiş, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdəşübhəli bilinən G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.