top of page

ARAZ FM-in RJ-i Qurban Qurbanovun tərcüməçisi oldu - VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna "Dnepr"i ilə keçirəcəkləri Avropa Liqasının III tur matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis bu oyunun komandası üçün təcrübə olacağını bildirib:

"Sabah bizi çətin oyun gözləyir. Komandada zədəli futbolçular olsa da, bunu düşünməli deyilik. Oyuna diqqətli hazırlaşmalıyıq. Rəqibimizin heyətində texnikalı futbolçular var. "Dnepr" də meydana qələbə üçün çıxacaq. Bizim üçün bu matç böyük təcrübə olacaq. Nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik". Mətbuat konfransının ən diqqətçəkən olayı tərcüməçinin dəyişdirilməsi olub. Sualları və cavabları çevirməkdə çətinlik çəkən tərcüməçi tezliklə başqası ilə əvəzlənib.

Əvəz edən növbəti tərcüməçi Araz FM-radiosunun aparıcısı Cavid Osmanov olub. Bundan sonra problem yoluna qoyulub.

Qeyd edək ki, Cavid Osmanov “Araz” radiosunun “Üçü birində” proqramının aparıcısıdır, “Mücahidin yolu” adlı romanın müəllifidir, bir neçə dildə səlis və rəvan şəkildə danışır.

Qurban Qurbanovun mətbuat konfransının videosunu təqdim edirik:

bottom of page