Kanadada parlament binasına silahlı basqın olub, bir əsgər ölüb
Şahidlərin sözlərinə görə, əsgəri öldürən silahlı şəxs bir neçə dəqiqədən sonra parlament binasına doğru getməyə başlayıb. O, yaxınlıqdakı avtomobillərdən birini ələ keçirərək parlamentə tərəf tələsib.
Silahlı hücum baş nazir Stifen Harperin çıxışı zamanı baş verib. Belə ki, baş nazir mühafizəkarlar partiyasının üzvlərilə görüşü zamanı silahlı şəxs parlament binasına daxil olub. Bu zaman polislə aralarında atışma başlayıb. Atışmada şübhəli şəxs öldürülüb.
Hücumu törədən şəxsin kimliyi də müəyyənləşdirilib. Bu Kanada vətəndaşı Mişel Zihaf Bibo adlı şəxsdir.
Bildirək ki, oktyabrın 20-də polisin “ekstremist” adlandırdığı şəxs idarə etdiyi avtomobillə ölkənin Qvebek əyalətində əsgərlərə hücum etmişdi. Bundan sonra yüksək sürətlə idarə etdiyi avtomobil idarəni itirirərək aşmışdı.
Qeyd edək ki, paytaxtda baş verən bu atışma ölkədə böyük gərginliyə səbəb olub. Bu hücumun ölkədə terrora qarşı mübarizə tədbirlərinin gücləndirilməsi elan olunduqdan bir-neçə saat sonda baş verməsi ölkədə təhlükəsizliyin qorunma səviyyəsinin aşağı olması üzə çıxıb. Cinayətkarın parlament binasının giriş darvazasını rahatlıqla keçməsi polis rəsmilərinin tənqid edilməsinə səbəb olub.
İnterAz