PRESS NEWS AZERBAIJAN

Bu qız əsl Rapunzeldir - FOTO

27.10.2014

 

Nataşa Moraesin saçı görənləri heyrətləndirir.

 

12 yaşlı Nataşanın boyu 162 sm-dir, qəhvəyi rəngli saçının uzunluğu isə 110 sm-dir.

Braziliyanın Rio de Janeyro şəhərində yaşayan Nataşanı Disney qəhrəmanı Rapunzelə bənzədirlər.

 

"İndiyədək saçıma cəmi 2 dəfə qayçı dəyib. Saçımı uzatmaq, Rapunzel kimi ən uzun saça malik olmaq istəyirəm", - Nataşa deyib.

 

Qızın anası Katarina sözlərinə görə, Nataşa 5 yaşı olanda o, qayçı ilə saçından böyük hissəni kəsibmiş. "Qızım saçı ilə qürrələnir. O, başını yelləyərsə, saçı ilə adam yıxa bilər", - Katarina gülərək söyləyib.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR