PRESS NEWS AZERBAIJAN

Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

27.10.2014

 

Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub. Hadisə ötən gecə  rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Kamil Şiriyevin evi və həyatyanı sahəsi selə məruz qalıb. Suyun səviyyəsinin getdikcə qalxdığını görən Kamil Şiriyev Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng vuraraq ona kömək göstərilməsini xahiş edib. Hadisə yerinə dərhal FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunub. Kamil Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib.

APA TV

Please reload