Azərbaycanda dəhşətli virusa qarşı tədbirlər görülür
PressNews.Az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov açıqlamasında bildirib ki, sərhəd-keçid şöbələrində fəaliyyət göstərən sanitar-karantin məntəqələrində ölkəyə gələn bütün şəxslər üzərində tibbi müşahidə aparılır:
"Quraşdırılan aparatlar vasitəsilə hansısa hal aşkar olunarsa onlar nəzarət götürüləcək. Koronavirusu çoxdan mövcuddur, amma bu virusun son zamanlar dövr edən xüsusi növü var. Bu virus əsasən Yaxn Şərq - Səudiyyə Ərəbistanında mövcuddur və Yaxın Şərq respirator sindromlu koronavirusu adlanır. Köhnədən məlum olan koronavirusu elə də təhlükəli deyildi. İndiki forma bir qədər kəskin formada gedən respirator xəstəlikdir və əvvəlki koronavirusunda ağır formadadır. Özünü pnevmaniyaya xas olan əlamətlər şəklində büruzə verir və öskürək, asqırma, temperaturla müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 2 həftəyə qədərdir. Koronavirus yuxarı tənəffüs yollarında xəstəlik törədən virusdur. Hava-damcı infeksiyası hesab edilir, xəstəlik hava damcı yolu ilə keçir”.
M.Cahanov qeyd edib ki, xəstəlikdən ölüm faizi "Ebola" virusu ilə müqayisədə o qədər də yüksək deyil. Onun sözlərinə görə, virusun spesifik müalicəsi yoxdur, amma xəstəyə vaxtında simptomatik müalicə təyin olunduqda qarşısını almaq olar.
Həcc ziyarətindən gələn zəvvarlarda bu xəstəliyin aşkarlanmasına gəlincə, o qeyd edib ki, artıq onların ölkəyə qayıtmasından 7-14 gün vaxt keçib, əgər hansısa virus olsaydı bu müddət ərzində özünü büruzə verərdi:
"Hansısa şəxsdə bu virus aşkarlanarsa, onların da müayinəsi Taun Əleyhinə Stansiyada, müalicəsi Elmi-tədqiqar Ağciyər Xəstəlikləri İnstitutunda aparılacaq