PRESS NEWS AZERBAIJAN

Əl-Qaida pulsuz terror şəbəkəsi

28.10.2014

 

Los-Anceles hava limanında Wi-Fi şəbəkəsinin adı ucbatından reyslərdən biri təxirə salınıb.

 

Rusiya mətbuatının məlumatına görə, "American Airlines" şirkətinin reysi ilə uçan sərnişinlərdən biri smartfonunun Wi-Fi şəbəkələri siyahısında "Al-Quida Free Terror Nettwork" (Əl-Qaida pulsuz terror şəbəkəsi) adını görüb.

 

Bu barədə dərhal stüardessaya məlumat verib. Reys dərhal təxirə salınıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Please reload

ƏN ÇOX OXUNANLAR