PRESS NEWS AZERBAIJAN

“Bu forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək”

28.10.2014

Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum 20 ildə Azərbaycanda həyata keçirilən davamlı və effektli gənclər siyasətinə verilən qiymətdir. Bu barədə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Ə.Həsənov qeyd edib ki, bugünkü tədbir dünya gənclərinin birinci qlobal forumudur: “Bu forumun çox böyük əhəmiyyəti var. 1998-ci il idman və gənclər sahəsində dövlət siyasətini yürüdən nazirlərin toplantısından sonra ilk dəfə belə bir tədbir keçirilir. Bütün dünyadan olan gənclər, gənclər təşkilatları, gənclər siyasətini formalaşdıran dövlət rəsmiləri, akademik dairələr, QHT-lər burada iştirak edirlər. Bu forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq və yekun sənəd qəbul ediləcək".PA rəsmisi deyib ki, 20 ildən bəri ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti öz bəhrələrini verməkdədir: “Gənclər siyasətinin həyata keçirilməsinə nəinki dövlət strukturları cəlb olunub, o cümlədən gənclərin özləri də bu siyasətin formalaşmasında iştirak edirlər. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də budur ki, Azərbaycanda - əhalisi, ərazisi kiçik olan bu dövlətdə uğurlu siyasət yürüdülür. Bu forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək”.

 

Please reload

ƏN ÇOX OXUNANLAR