PRESS NEWS AZERBAIJAN

Günəşin mənfiliyi və müsbətliyi

28.10.2014

 

Günəş şüaları insana müsbət, yoxsa mənfi təsir göstərir? Təbabət sahəsində bəzi peşəkarlar tövsiyyə edirlər ki, dəri mümkün qədər qapansın. Bu, dəri xərçənginin qarşısını ala bilər. Digər qisim təbiblər hesab edirlər ki, Günəş enerjisi orqanizmə müsbət təsir göstərir.

 

PressNews.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Avstraliyanın "Telethon Kids Institute Perth" institutunun əməkdaşı, doktor Şelli Qormanın rəhbərliyi ilə maraqlı tədqiqat reallaşıb. Məlum olduğu kimi, Günəş şüalarının təsiri, xüsusilə də, ultrabənövşəyi şüalar dəri xərçənginin yaranmasına səbəb olur. Məhz bu səbəbdən də, xəstəliklərin qarşısının alınması mərkəzlərində tövsiyyə edirlər ki, insan mümkün qədər kölgədə qalsın, qoruyucu vasitələrdən istifadə etsin və paltarla bədənini örtsün. Bəs bu cür tədbirlər Günəşin faydalı təsirlərinin də qarşısını ala bilərmi?

 

Günəş işığı D vitamininin əsas mənbəyidir. Bu vitaminin çatışmazlığı isə sağlamlığa mənfi təsir göstərir. Tədqiqatlar sübuta yetirib ki, D vitamini çatışmazlığı onkoloji proqnozlara şərait yaradır. Qorman və həmkarlarının tədqiqatında isə məlum olub ki, ultrabənövşəyi şüalar siçanlarda diabet və piylənməyə təsir göstərir. Tədqiqatçılar siçanlarda piylənmə və diabet yaratmaq üçün yüksək yağ dərəcəsi olan qidalardan istifadə ediblər.

 

Bundan sonra isə siçanları ultrabənövşəyi şüalanmaya məruz qoyublar. Tədqiqatçıların bəyanatına əsasən, siçanlarda çəkinin azalması, diabetin ilkin mərhələsində xəstəlik prosesinin zəifləməsi müşahidə olunub. Sonradan məlum olub ki, həmin təsir heç də D vitamini ilə bağlı deyil.

 

Proses azot oksidi ilə əlaqədardır. Günəş şüasının təsiri altında qalan dəridə azot oksidi yaranır.

Please reload

ƏN ÇOX OXUNANLAR