PRESS NEWS AZERBAIJAN

Məşhur dizaynerlərə açılmış cinayət işi bağlandı - FOTO

28.10.2014

 

Məşhur dizaynerlər nəhayət ki, günahsız bilindilər.

 

 

Dünya şöhrətli dizaynerlər Dolçe və Qabbananı “Vergidən yayınma” üzrə açılmış cinayət işində nəhayət ki, günahsız biliblər. İtaliya Ali Kassasiya Məhkəməsi tərəfindən modelyerlərin üzərindən bütün ittihamlar tamamilə götürülüb və onların günahsız olduqları sübuta yetirilib.

 

Zərif İtaliya dəbini sevənlər üçün gözəl xəbərdir! Dolçe və Qabbananın pərəstişkarları hələ uzun müddət məşhur dizaynerlərin hazırladıqlarına sevinə bilərlər. İtaliya hüquq-mühafizə orqanları Domeniko Dolçe və Stefano Qabbananın ünvanına hələ 2013-cü ildə şübhələr irəli sürmüşdü. Xatırladaq ki, Milanın birinci instansiya məhkəməsi keçən ilin iyununda onları günahkar bilərək, hər birinə 8 aylıq həbs hökmü, hələ üstəlik, 500 min avro həcmində cərimə cəzası vermişdi. 2014-cü ilin aprelində Milanın Apellyasiya Məhkəməsində ittiham öz təsdiqini tapmış, müddət isə bir il altı aya kimi “uzaldılmışdı”. 2014-cü ilin oktyabrın 24-də keçirilən növbəti məhkəmə dinlənməsi modelyerlərin xeyrinə olub. İtaliya Ali Kassasiya Məhkəməsi onları birdəfəlik və qətiyyətlə günahsız bilib.