PRESS NEWS AZERBAIJAN

Ayrı-ayrı qidalara olan iştaha nədən xəbər verir?

29.10.2014

 

 

İnsanların ayrı-ayrı qida məhsullarına tələbatının, xüsusi iştahasının olmasının tez-tez şahidi oluruq. Belə tələbat nədən xəbər verir? Orqanizm bu tələbatla sahibinə hansı xəbərdarlığı edir?

 

Alma

İnsanın bu meyvəyə qarşı hədsiz tələbatı xolesterinin miqdarının yüksəlməsindən, ürəklə bağlı yaranacaq problemlərin başlanğıcından xəbər verir.

 

Limon

Limona qarşı hədsiz istək öd kisəsi və qaraciyərin mümkün problemlərinə işarədir.

 

Kələm

Əgər insanın könlündən tez-tez kələm yemək keçirsə, demək, bağırsaqların fəaliyyətində heç də hər şey qaydasında deyil.

 

Zeytun

Süfrəsini zeytunsuz təsəvvür edə bilməyən insanlar qalxanvari vəzinin vəziyyətinə diqqət yetirməlidirlər.

 

Dondurma

Kiminsə iştahasından ilin fəsillərindən asılı olmayaraq, hər zaman dondurma keçirsə, mütləq dayaq-hərəkət sisteminin vəziyyəti ilə maraqlanmalıdır.

 

İstiot

Xörəyin dadına baxmadan belə ona istiot əlavə edən insanların orqanizmində iltihabi proseslərin inkişaf etməsi və tonus zəifliyi mümkündür.

 

Şokolad

Şirniyyata həvəs, xüsusilə, şokolada yüksək tələbat sinir sisteminin gərginliyindən xəbər verir.

 

Bu qida məhsullarına olan həvəs və tələbat heç bir xəstəliyin əlaməti olmaya da bilər. Amma hər halda, orqanizmin verdiyi siqnala reaksiya verməklə şübhələrdən çıxaraq iştahamızı daha sağlam etmək olar.

Please reload