PRESS NEWS AZERBAIJAN

Bakı susuz qalacaq

29.10.2014

 

Sabah gün ərzində içməli su məhdudiyyətlə veriləcək.

 

30 oktyabr 2014-cü il tarixdə gün ərzində Bülbül prospekti, S.Vurğun, C.Məmmədquluzadə və R.Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcək.

 

PressNews.Az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, bu, Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədardır.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Please reload

ƏN ÇOX OXUNANLAR